“Sovetski”-dəki məscidlərin aqibəti necə olacaq? - RƏSMİ
“Sovetski”-də məscidlər sökülməyəcək.
AZXEBER.COM xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev SalamNews-a Bakıda “Sovetski” adı ilə tanınan ərazidə yerləşən məscidlərin sökülməsinə münasibət bildirərkən deyib.
C.Qocayev sözlərinə görə, söküntü aparılanda tarix və mədəniyyət abidələri saxlanılır:
“Məscidlər bizim mənəviyyatımızın göstəricisidir. Yəni, insanların dini ayinləri icra etdiyi yerdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndərin rəhbərliyi ilə məscidlərimiz bərpa olunub, yeni-yeni məscidlər tikilib. Belə olan halda məscidlərin sökülməsindən söhbət gedə bilməz. Heç kim belə qərarın icrasına dəstək verməz. Azərbaycan tolerant ölkədir. Burda nəinki məscidlər, kilsələr də sökülmür. “Sovetski”-də məscidlərin sökulməsi ilə bağlı yayılmış məlumatlar yalandır".
Mənbə:> AZXEBER.COM