“Sovetski”nin gələcəyi necə olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Sovetski”nin gələcəyi necə olacaq? – MÜHÜM AÇIQLAMA

“Sovetski”nin gələcəyi necə olacaq?


“Sovetski”nin köçürülməsi asan məsələ deyil. Tutaq ki, 100 il əvvəl kimsə ev tikib, sənədlər 50 kvadrat metr üçündür. Ancaq sonradan orada əlavə yardımçı binalar tikib. Bakıda bu gün maksimum 1 kvadrat metr üçün 1500 manat kompensasiya ödənilir.

Amma hamımız bilirik ki, “Sovetski” məhəlləsində evlər nə durumdadır. Əslində vəsait evin vəziyyətinə görə verilməlidir, ancaq tapşırıq verilmişdi ki, evin vəziyyətindən asılı olmayaraq 1 kvadrat metr üçün 1500 manat, yəni maksimum qiymət qoyulsun”.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Bakının "Sovetski" məhəlləsinin köçürülməsi ilə bağlı baş nazirin müavini Abid Şərifov deyib.

Şərifov bildirib ki, problem evlərin qiyməti ilə bağlı deyil, əsas problem “Sovetski”də sökülən və sökülməli olan evlərin 20 faizə qədərinin çox aşağı, yəni 25 kv/m-ə qədər olmasıdır:

“İnanılası deyil, amma gözümlə görmüşəm ki, 8-12 kvadratmetr evlərdə bir neçə nəfər, bir ailə yaşayır. 8-20 kvadratmetr evə hər kvadratmetr üçün 1500 manat verilməsi ilə belə o vətəndaş heç nə edə bilməz. Bu, aydın məsələdir. Ona görə də dövlət başçısının bilavasitə göstərişinə uyğun olaraq 2 doqquzmərtəbəli bina müəyyənləşdirildi.

“Gənclik” metrostansiyasının yanında 9 mərtəbəli yataqxana vardı, qaçqınlar yaşayırdı. O qaçqınlar başqa yerlərə köçürüldü, bina əsaslı təmir olundu və “Sovetski”də yaşayan 60 ailəyə verildi. Orada 2 otaqlı və 1 otaqlı mənzillər var. İki otaqlı mənzillər 50 kvadrat metr, bir otaqlı mənzillər 36 kvadrat metrdir, hər bir şərait var. Əvvəlcə bəzi ailələr razılaşmırdı, sonra ərizə ərizə arxasınca gəldi ki, amandır, bizə də oradan mənzil verin”.

Şərifov “Sovetski”də mənzillərinin sahəsi az olan ailələr üçün ikinci 9 mərtəbəli yaşayış binasının keçmiş “Leytenant Şmit” Zavodunun yaxınlığında olduğunu açıqlayıb:

“O da 9 mərtəbəli yataqxana idi. Həmin binada əsaslı təmir işləri ilin sonuna qədər bitəcək və ailələrin bir qismi ora köçürüləcək. Sahəsi 8-10 kvadratmetr olan, havasız, rütubətli mənzildə yaşayan ailələr orada 30-50 kvadrat metr sahədə yaşayacaq. Əksəriyyət bunu başa düşür və normal da qəbul edir”.

Baş nazirin müavini “Sovetski”nin bəzi ərazilərinin müxtəlif problemlər səbəbindən hələ də tam boşalmadığını qeyd edib: “Ona görə də abadlıq işlərinə başlanılmır. Düşünürəm ki, ilin sonuna qədər “Sovetski”nin bir hissəsində abadlıq işlərinə başlanılacaq”.

Şərifov “Sovetski”də köçürülən evlərin yerində binaların tikiləcəyi barədə yayılan məlumatların da əsassız olduğunu vurğulayıb:

“Hansısa binanın tikintisindən söhbət gedə bilməz. “Sovetski”də yalnız park, yaşıllıq və yollar salınacaq”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *