“Sovetski”də 25 kvadrametrlik müəmma... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Sovetski”də 25 kvadrametrlik müəmma... – FOTO

“Sovetski”də 25 kvadrametrlik müəmma...

“Guya evinin ərazisi kiçik olanlar bu ayın axırı köçməli idilər, ancaq hələ köçən yoxdur. Hamımız köçməliyik. Bu vəziyyətdə kim yaşayar? Toz-torpaqdır. Suyu da kəsdilər...”

Keçmiş "Sovetski" küçəsində dağıntılar içində yaşayanlar hələ də köçürülmürlər deyə narahatdırlar. Tamilla Əliyeva deyir ki, uçqunları adlayıb paltar sərməkdən, su daşımaqdan yorulub: “Nəinki pulun məbləğini, heç kvadratmetri dəqiq demirlər bizə. Mən getmək istəyirəm, çünki evim zirzəmi tiplidir, bezmişəm. Rütubətlidir, yaşamaq olmur. Verdikləri pula da nə düşərsə, onu alarıq, onsuz da iki nəfərik”.

Bu günlərdə xəbər yayılıb ki, evinin ərazisi 25 kvadratmetrdən az olanlara kompensasiya kimi pul yox, ev veriləcək. Evə gedib baxanlar da olub.

“Sovetski”də 25 kvadrametrlik müəmma...


Zümrüd Salahova 15 kvadratmetrlik evdə həyat yoldaşı, 3 övladı ilə birlikdə yaşayır. Bu xəbər onu da ümidləndirib: “Deyirlər ki, ya “Nərimanov”da, ya da “Gənclik”də ailəvi yataqxana olmuş doqquzmərtəbədə ev verəcəklər. Hələ çağırmayıblar, çağıranda gedib baxaram. Neyləyək, küçədə qalmayacağıq ki. Qonşu gedib baxıb, deyir içində mətbəx mebeli, kombisi var. Yataqxana binası olsa da təmir edilib. İki böyük otaq versələr, gedərəm”.

Evi 22 kvadratmetr olan Çingiz Əliyevsə deyir ki, evi görməsə, içinə girib yaşamasa, belə nağıllara inanmaz: “22 kvadrat evim var. Necə gəlib yazıblarsa, o çıxıb gedəndirlər. İndi heç kim gəlmir. Ancaq danışırlar. Elə də qalıb. Biri gəlib soruşmur ki, neyləyirsiniz, nə fikirləşirsiniz. Bir demirlər ki, sizin axırınız nə olacaq...”

Ərazinin böyük bir hissəsi bəzi yerlərdə dəmirlə, bəzi yerlərdə daşla hasarlanıb.

Hər tərəfdə ucsuz-bucaqsız zibilliklər uzanır. Bir yerdə isə zibillərdən əməlli-başlı dağ yaranıb. Bir neçə yeniyetmə dağıntıların içində nərd oynayır. Böyüklər isə evlərinin kandarında oturub dərdləşir.

“Sovetski”də 25 kvadrametrlik müəmma...


Elə ərazisi 25 kvadratmetrdən böyük olan evlərin sahiblərinin də gözləri yoldadır.

Gülnarə Əhmədova burda yaşayanların evlərindən çıxmaq istəmədiklərini, istəyənlərin də məcburiyyətdən getməyə hazırlaşdıqlarını deyir: “Bizim evin şəraiti pis deyil. Ancaq biz nə vaxt köçəcəyik, heç nə demirlər. Hələ ki, ancaq ölçüsünü gəlib götürüblər. Ancaq adamın ürəyi ağrıyır. Nə qədər də olmasa, bura gəlin gəlmişik, uşaq böyütmüşük. Bu məhəllələrdə elə ənənəvi hisslər yaşanıb ki, onu itirmək çətindir”.

“Sovetski”də 25 kvadrametrlik müəmma...


Evinin ərazisi 37 kvadratmetr olan Nüsrət Yusifov da ona ev verilməsini istəyir. Çünki hesablayıb, ona verilən 1500 manatla şəhərdə ev alacağını təsəvvür eləyə bilmir: “Ona görə mən də deyirəm ki, ev versinlər. Axı verəcəyi pula şəhərdə ev ala bilməyəcəyəm. Qalacağam küçələrdə. Ondansa oturmuşam evimdə, çıxmıram”.

Yaşının neçə olduğunu xatırlamayan ağbirçək Güllü nənə isə hökumətdən nə ev istəyir, nə də pul: “Hara gedirəm? Qoca vaxtımda aparıb atacaq məni dünyanın axırına. Öz evimdə olmaq, öz evimdə ölmək istəyirəm”.

Yasamal Rayon İcra Hakimiyyətindən “Azadlıq”a bildiriblər ki, evinin ərazisi 25 kvadratmetrdən artıq olan, hələ də ərazidə yaşayanların nə vaxt köçürüləcəyi haqqında məlumat yoxdur. Evinin sahəsi 25 kvadratmetrdən az olanlara isə pul yox, ev veriləcək. Onlara da evin nə vaxt veriləcəyi bilinmir.

Dağıntılar içində isə həyat davam edir. Böyüklər gündəlik qayğılarla çarpışır, uşaqlar futbol oynayır, gənclərsə başını dağıntılar içində nərd oynamaqla qatır...
“Sovetski”də 25 kvadrametrlik müəmma...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *