Bakının bu sakinləri təlaş içində » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Bakının bu sakinləri təlaş içində – VİDEO

Bakının bu sakinləri təlaş içində


Yeni yolların inşası, genişləndirilməsi işləri fonunda Keşlə bazarının sökülməsi xəbəri gündəmə gəldi. Bu isə əlbəttə ki, ən çox bazarda işləyən satıcıları narahat edir.

ANS TV-nin məlumatına görə, metronun “Koroğlu” stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən Keşlə bazarı sökülə bilər.

İlk Avropa Oyunları ilə əlaqədar həmin yolun Milli Olimpiya Stadionu ilə Atletlər kəndini birləşdirən hissəsi artıq inşa edilib. Yolun davamının çəkilməsi işləri hələ qalıb.

Yolun davamının keçəcəyi ərazilərdə Keşlə bazarından başqa yaşayış və qeyri-yaşayış obyektləri də yerləşir. Onların da sökülməsi istisna edilmir. Artıq bazarda çalışan insanların da bu məsələdən xəbəri var.

Satıcılar artıq bununla bağlı narahatdırlar. Yüzlərlə satıcını bazar bağlanacağı təqdirdə onların sonrakı taleyi maraqlandırır.

Satıcı Azər Şahverdiyev deyir ki, Keşlə bazarının bağlanması burada çalışan insanların maddi vəziyyətinə çox pis təsir göstərəcək.

Satıcı Etibar Mirzəyev də bazarın sökülməsindən narazıdır: “Dolanışığımız bazardan alış-veriş etməklə çıxır. Ailəmizi məhz buarda çalşmaqla keçindiririk. Keşlə bazarı sökülməsə, daha yaxşı olar”.

Digər satıcı Gülgəz Məmmədova hesab edir ki, Keşlə bazarı söküləcəyi təqdirdə, onlar üçün başqa yer verilməlidir: "Yer olmadan olmaz. Hardasa, yeni bazar inşa edərlər. Fəliyyətimizi orada davam etdirərik”.

Amma satıcıların narahatlığına əsas yoxdur. Çünki bazarın və ətraf ərazilərdəki yaşayış evlərinin sökülməsi yaxın vaxtlarda reallaşmayacaq.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, bu layihənin icrası hələ qalıb və işlərin nə vaxt başlanacağı bəlli deyil:

“Layihənin ikinci hissəsinin icrasına nə zaman start veriləcəyi və yekunlaşacağı vaxt bəlli deyil. Eyni zamanda orada həmin obyektlərin sökülüb-sökülməyəcəyi məsələsi barədə də konkret bir fikir söyləmək hələlik tezdir. Çünki yaxın gələcəkdə daxili investisiya vasitəsilə maliyyələşən layihələrə yenidən baxılması nəzərdə tutulub. Bu layihələrə təkrar baxıldıqdan sonra o zaman bu barədə bir söz demək mümkün olacaq”.

Görünənə odur ki, bazarın taleyi Maliyyə Nazirliyinin qərarından asılı olacaq və bu qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilmir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *