Bakıda “McDonalds”da mühafizəçi qadını döydü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda “McDonalds”da mühafizəçi qadını döydü – VİDEO

Bakıda “McDonalds”da mühafizəçi qadını döydü


Bakıda “McDonalds” restoranlar şəbəkəsinin N.Nərimanov metrosu yaxınlığında yerləşən filialında mühafizəçi uşaqlı qadına qarşı kobud davranış nümayiş etdirib və hətta ona əl qaldırıb.

AzNews.info xəbər verir ki, bu barədə müvafiq videogörüntüləri “Azadlıq” radiosu yayıb.

Videonu göndərən müəllifin qeyd etdiyinə görə restoranın mühafizəçiləri uşaqlı qadını (böyük ehtimalla, qadın qonaqlardan yardım tələb etdiyi üçün mühafizəçinin qəzəbinə tuş gəlib) kobudluqla oradan uzaqlaşdırmağa çalışır.

Öz növbəsində “McDonalds” restoranlar şəbəkəsinin kadrlar şöbəsinin müdiri Anar Bayramov "Azadlıq" radiosuna açıqlamasında belə deyib.

O, restoranın Nərimanov rayonundakı filialında mühafizəçinin uşaqlı qadını kobudluqla oradan uzaqlaşdırması ilə bağlı yayılmış videodan xəbərsiz olduqlarını bildirib:

“Bu barədə məlumatsızıq. Hesab edirik ki, istər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış olmamalıdır. Kimsə bu cür davranışa yol veribsə, təbii ki, tədbir görəcəyik. Adətən dilənçilər belə yerlərə müdaxilə etmirlər. Müştərilər bizim restoranlarda istirahət edirlər və heç kəsin onların istirahətinə mane olmasına icazə yoxdur. Amma kobudluq da olmamalıdır, məsələni araşdıracağıq”.

Anar Bayramov restoranlardakı mühafizəçilərin onlar tərəfindən deyil, kənar şirkət tərəfindən təyin olunduqlarını bildirib.

Qeyd edək ki, sözügedən hadisə sentyabrın 3-də qeydə alınıb.


Mənbə: Azadlıq Radiosu
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *