Bakıda yol savaşları: Krallar krallara qarşı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Köşə, Avto

Bakıda yol savaşları: Krallar krallara qarşı

Bakıda yol savaşları: Krallar krallara qarşı


Cari ilin əvvəlindən yetmiş min piyada Bakıda yolu icazə olmayan yerdən keçdiyi üçün cərimə edilib. 100 polis əməkdaşı hər gün paytaxtımızın yerüstü və yeraltı keçidləri yanında növbə çəkirlər ki, həmin bu 70 min nəfər öz həyatlarını riskə atmasınlar, sürücülərin, sığortaçıların, qohumların, həkimlərin və digər vətəndaşların karmasını pozmasınlar. Amma xeyri yoxdur!

Bu həftə Bakıda iki bənzər qəza baş verib. Piyadalar yeraltı keçidi iqnora qoyaraq, həyatlarının son yoluna addım atıblar, onlardan biri Şəfa stadionu, digəri isə Kukla teatrının yanında vurulub. Təsəvvür edin: biri sürətli trassda, digəri isə şəhərin mərkəzində - həmin ərazidə piyada sonuncu dəfə bəlkə də keçən əsrdə qeydə alınıb. Hər ikisinə yazığım gəlir. Onlarla yanaşı istənilən halda inzibati və ya inzibati/cinayət üçün cəza çəkməli olan sürücülərə də yazığım gəlir.

Bizim ədalət məhkəməmiz piyadanın hər zaman haqlı olduğunu düşünür. Belə ki, sürücü ətrafdakılar üçün təhlükə yaradan fəaliyyət ilə məşğul olan insan hesab edilir, çünki nəqliyyat vasitəsini idarə edir. Yəni qəza zamanı sürücünün piyadanı öldürməyə daha çox şansı var nəinki piyadanın sürücünü öldürməyə.

Qanun sərtdir, amma bu qanundur. Bəs əgər insanlar təkərin altına özlərini atırlarsa, onda necə? Söhbət əlbəttə intihar halından getmir. Şəhərimizdə çoxsaylı kameralar quraşdırılıb, ona görə də savadlı vəkil və qərəzsiz müstəntiq hadisənin intihar üzündən və ya bilməməzlikdən, axmaqlıqdan, və yaxud da sərxoşluqdan baş verdiyini aydınlaşdıra bilər.

Qaydalar sürücülərə faydalı bir şeyi tövsiyə edir – avtomobili elə idarə etmək lazımdır ki, ona nəzarət etmək mümkün olsun. Yəni diqqətli olmaq, sürət rejiminə riayət etmək lazımdır və ümumiyyətlə yola istənilən an piyadanın, hətta qanunvericilikdən xəbəri olmayan itin sıçramasının mümkün olduğunu bilmək lazımdır.

Piyada da yol hərəkətinin iştirakçısı olduğu üçün məsuliyyət hiss etməlidir. Aydındır ki, küçədə içkili gəzmək olar, amma avtomobil idarə etmək olmaz. Aydındır ki, sürücülük vəsiqəsi almaq üçün dövlət tərəfindən təyin edilmiş prosedurları keçmək, gəzmək üçün isə sadəcə bir qədər böyümək lazımdır.

Amma bizim ədalət məhkəməsinə görə, bir mühüm detala diqqət etmək lazımdır. Bakıda əvvəllər yolun kralı sürücülər idi. İndi isə piyadalar krala çevrilib. Birincisi də, ikincisi də yanlışdır. Bəli, sürücülərimizin piyada keçidlərində piyadalara yol verməyə başlamaları təqdirəlayiqdir. Bu bizi hətta bir qədər Avropaya, Yaponiyaya və hətta bəlkə də nəqliyyatın hərəkəti intensiv olmayan Antarktidaya yaxınlaşdırıb. Amma yolda kral ola bilməz. İştirakçılar var! Birincilər fəaliyyəti ətrafdakılar üçün təhlükəli olanlardır və elə bu təhlükənin elə onlar üçün mövcud olduğu ikincilərdir.

Yeraltı keçidləri iqnora qoyan iki nəfərin həlak olması ilə nəticələnən, təsvir edilən qəzalarda yalnız onların özləri günahkar deyil. Hamı günahkardır. Onlar da, sürücülər də və ən əsası – cəmiyyət.

Bəli, insan yaxşıya alışır. Bizim insanlar da alışırlar ki, sürücülər onlara zebralarda yol verir. Amma yolu ağlına gələn yerdən keçmək istəyinə alışmaq olmaz. Zebrada əda ilə yeriməyə alışmaq olmaz, unutmaq lazım deyil ki, oradan tez keçməyə çalışmaq lazımdır.

Tratuarda qruplaşmaq olmaz, yol hərəkatının bütün iştirakçılarına hörmətlə yanaşmaq lazımdır. yeraltı keçidlərdən istifadə etmək lazımdır.bilmək laızmdır ki, işıqforda piyada üçün qırmızı işıq yanırsa zebra öz mahiyyətini itirir.

Əminəm ki, məktəblərimizdə əgər yol hərəkəti qaydaları tədrisi varsa da axsayır. Ailələrdə buna elə də əhəmiyyət verilmədiyindən əminəm. Ümid edirəm ki, KİV-də yeni həlak olanlar barədə verilən məlumatlardan daha çox, yol hərəkəti qaydalarına dair maarifləndirici məqalələrə yer ayrılacaq. Hələlik isə axmaqlıqdan imtina etməyi təklif edirəm.

Bizim adamlar özlərini asfalt çəkilmiş cəngəlliklərin kralları hesab etdikləri müddət ərzində biz ayıq-sayıq və ehtiyatlı olmalıyıq. Piyadalarımız ümumilikdə özündən razı və bir qədər də paxıldır: gözləyin mən keçim, burada bahalı maşınlarınızı az sürün. Sürücülərimiz də özündən razıdır və çox zaman maşını bir əlli sürürlər – sağ əlləri rolda, sol əlləri pəncərədən bayırda olur.

Sağ qalmaq istəyirsən? Yolu lazımi yerdə və lazımi vaxtda keç. Öldürmək istəmirsən? Sürməyi bacar və unutma ki, istənilən halda günahkar sənsən, ədalət məhkəməsi belə hesab edir.

Ədalət məhkəməsi qurmaq istəyirsən? Bütün şəraiti nəzərə al, ən əsası isə bizdə piyadaların fəaliyyəti ətrafdakılar üçün təhlükəli olan insanlar olduğunu unutma.

Mənbə: Oxu.Az - Kənan Quluzadə
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *