Bunlar döş xərçəngi yaradır – XANIMLAR, DİQQƏT!
Dünyada döş xərçənginə tutulanların əksəriyyətinin qadın olduğu məlumdur.
Silent Spring İnstitutunun siçalar üzərində apardığı araşdırmalar nəticəsində məlum olub ki, kimyəvi maddələr döş xərçənginə səbə olur.
Araşdırmaya rəhbərlik edən professor Ruthann Rudel döş xərçənginə tutulan qadınların ən çox məruz qaldıqları zərərli kimyəvi maddələrin təsbit edildiyini və bu maddələrdən necə uzaq durulacağına dair “yol xəritəsi” hazırlandığını açıqlayıb.
İnstitutdan verilən açıqlamaya görə, qadınların gün ərzində iç-içə olduqları kimyəvi maddələr xərçəng risqini artırır. Eyni zamanda bu madələrlə xərçən xəstəliyi arasındakı əlaqənin hər zaman gözardı edildiyi də bildirilib.
Mütəxəssislər məişətdə, xüsusilə təmizlikdə isifadə edilən kimyəvi məhsullara qarşı qadınları ehtiyatlı olmağa çağırır.
Mütəxəssislərin isə qadınlara ilkin məsləhətləri bunlar olub:
Yemək bişirən zaman mütləq havalandırma cihazından istifadə edin. Yağda qızardılmış yeməkləri azaldın.
İstehsalı edilən zaman yanmaya qarşı köpüklü maddələrdən istifadə olunmuş mebellərdən istifadə etməyin. Bu cür mebellərdən mümkün qədər uzaq durun.
Ləkə tutmaz xalı və mebellərdən istifadə etməyin.
Paltarlarınızı quru təmizləməyə verən zaman ləkə təmizləyici perk və bu kimi təmizləyici kimyəvi maddələrdən istifadə olunmamasına diqqət edin.
Evinizi təmizləyərkən neft tərkibli təmizlik maddələrindən uzaq durun.
Sizin təmizlədiyinizi sandığınız yuyucu, qab-qacaq sabunu və paltar suyu kimi təmizləyicilərin tərkibində olan ağır kimyəvi maddəllər evinizi və təbiəti kimyəvi maddələrlə zəhərləyir.
İstər qab-qacaq, istər geyimləri yumaq üçün istifadə olunan yuyucu vasitələr zərərlidir. Yuyulan paltarlardakı, ya da qab-qacaq şampunlarının qablarda buraxdığı kimyəvi qalıqlar tər və ağız yoluyla bədənə girərək kanserogen təsir göstərir.
Bitki tərkibli yuyucu vasitələrə üstünlük verin.
Ayaqqabılarınızı evdən bayırda çıxarın. Ayaqqabılarınızın altını hidro filtirli tozsoranla təmizləyin, nəmli bezlə silin.
Mənbə:> ATV.az - Natavan ÇAVUŞ