Bakıdakı dəhşətli yanğının səbəbi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıdakı dəhşətli yanğının səbəbi – VİDEO

Bakıdakı dəhşətli yanğının səbəbi


Yanğın baş verər-verməz ağıla gələn suallardan biri də artıq paytaxtda 3-cü dəfə təkrarlanan eyni tipli hadisənin hansı səbəbdən baş verməsi idi. Sözsüz ki, fasadların üzlənməsində istifadə olunan material buna səbəb göstərilir. Açılan cinayət işinə uyğun olaraq binanın fasadında istifadə olunan üzlüyün istehsalçısı “Global Construction” şirkətinin rəhbəri iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Bakıda yanğına və çoxsaylı insan ölümünə səbəb olan üzlükləri istehsal edən “Global Stoun” şirkətidir. Hazırda polis həmin şirkətdə axtarışlar aparır.

“Global Stoun” “Global Construction” şirkətinin tərkibində fəaliyyət göstərir və onun rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Şirkətin Ağasadıq Gəraybəyli küçəsi 23 a ünvanında yerləşən ofisi polis nəzarətindədir. Hadisə şahidləri bildirdilər ki, yanğından sonra hüquq-mühafizə orqanları əməkdaşları şirkətə gələrək lazımi materialları müsadirə edib, şirkət rəhbərini saxlayıblar.

“Global Construction” üzlük materalları istehsalı ilə məşğul olan şirkətdir. Bu fasadların hazırlanması zamanı “poliuretan” maddəsindən istifadə edildiyi deyilir. Hansı ki, bu kimyəvi maddə yanan zaman ətrafa zəhərli qazlar buraxır, bu da ölümcül olur.

Bu gün Binəqədi rayon Azadalıq prosektində 200/36 saylı binada çoxsaylı insan ölümü təsadüfi deyildi.

Yanğına səbəb olduğu deyilən üzlük materialının tərkibinin böyük bir hissəsini kimyəvi maddələr təşkil edir. Bəzi məlumatlar görə, təxminən 97 faiz qaz kürəciklərindən ibarətdir, xırda bir qığılcım kifayətdir ki, yanğın yaşayaş binasını əhatəyə alsın.

Bu son günlər Bakıda baş verən ikinci oxşar hadisədir. Xətai rayon ərazisində də binanı bir anın içində alov bürümüşdü.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *