“Siz güldünüz, o etibarını itirdi” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kino

“Siz güldünüz, o etibarını itirdi” – FOTO

“Siz güldünüz, o etibarını itirdi”


Türkiyə “Mərmərə” universiteti İlahiyyat fakultəsinin müəllimi Bilal Yorulmaz kinonun yeni bir din yaratdığını bildirib. ANS PRESS-in məlumatına görə, Yorulmaz bu fikirlərini Türkiyənin dini komitəsi “Diyanet”in eyni adlı jurnalındakı məqaləsində yazıb. Fikirlərinə “Star Wars” (Ulduz Müharibələri) filmindəki jedi döyüşçülərini nümunə göstərən Bilal Yorulmaz bildirib ki, bu gün də jedizm dini xristian cəmiyyətlərdə sürətlə yayılmaqdadır. Din alimi həmçinin Avstraliyada 70 000, İngiltərədə isə 390 000 nəfərin özünü jedi kimi təqdim etdiyini bildirib.


“Siz güldünüz, o etibarını itirdi”
Ulduz müharibələri filmində jedi döyüşçüləri


Türk filmlərini də tənqid edən Yorulmaz, xüsusilə cümhuriyyət dövründə dini obrazların gülüş obyektinə çevrildiyini bildirib.


“Siz güldünüz, o etibarını itirdi”
Kamal Sunalın "Hababam sınıfı" filmində canlandırdığı inək Şaban obrazı


“Cümhuriyyətin ilk illərindən dindar obrazlar yalançı, saxtakar, ehtiras düşkünü, vətən xaini kimi göstərilir. Muhsin Ertuğrulla (teatr aktyoru, rejissor) başlayan bu mənfi mövqe sonrakı illərdə də davam edib. Bu filmlərdə dindar və ya din xadimləri kənd ağasının tərəfini saxlayan, onun xalqı əzməsinə kömək edən, ya da ev sahibi olaraq kirayəşininə zülm edən insanları kimi göstərilir...”

1960-cı ildə 3 000 körpəyə Şaban adı verildiyini qeyd edən yazar, “Hababa sınıfı” filmindəki inək Şaban obrazının təsiri ilə 2009-cu ildə sadəcə 113 nəfərin öz uşağına bu adı qoyduğunu bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *