İnək tələbə oldu
Hindistanın sosial şəbəkələrində Kəşmir ştatının yerli təhsil rəsmiləri lağa qoyulub.
ANS PRESS-in məlumatına görə, buna səbəb yerli Qəbul İmtahanları Komissiyasının inəyə rəsmi tələbə vəsiqəsi verməsi olub.
Vəsiqə "Kaçir Qav" adına yazılıb, bu isə yerli dildə "qonur inək" deməkdir. Həmin sənəddə Kaçir Qavnun atasıın adı Qur Dand kimi yazılıb, yerli dildə həmin ad "öküz" kimi tərcümə edilir. Hətta tələbə vəsiqəsinə inək fotosu da vurulub. Bu vəsiqənin sahibi kollecə imtahan vermək hüququna malikdir.
Komissiyanın rəhbəri vəsiqənin hansısa oyunbazlar tərəfindən hazırlandığını bildirərək, bunu edənlərin məsuliyyətə cəlb olunacaqlarını bəyan edib. Onun sözlərinə görə, vəsiqələrin verilməsi prossesi kompüterləşdirildiyindən insan fotosunu inək fotosundan sistem ayıra bilməyib.
Mənbə:> ANSPRESS