Bakıda yaşayış binasında qumarxana aşkarlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Bakıda yaşayış binasında qumarxana aşkarlandı – VİDEO

Bakıda yaşayış binasında qumarxana aşkarlandı


Bakıda yaşayış binasında çayxana adı altında qumarxana fəaliyyət göstərir.

AzNews.info-nun ANS-ə istinadən məlumatına görə, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsi 17-də yaşayan sakinləri yaşadıqları binanın birinci mərtəbəsindəki bütün mənzillərin iaşə obyekti kimi icarəyə verildiyini bildirirlər. Gün boyu çayxana səs-küyündən, loto klubunda səslənən rəqəmlərin ahəngindən yuxularının ərşə çəkildiklərini qeyd edirlər.

Şikayətçilərin dediyinə görə, çayxanada mikrafonla gecə saatlarına qədər qumar oynanılır və səs bütün ətrafa yayılır.

Araşdırma zamanı aydın olub ki, həqiqətən də həmin yer çayxana adı ilə fəaliyyət göstərsə də əslində orada loto kimi qumar oyunları aparılır.

Ərazi üzrə polis idarəsindən isə bildirdilər ki, qumarxana ilə bağlı onlara müraciət olunub. Lakin, məktublara və müraciətlərə 10 gün ərzində baxılıb, hüquqi qiymət verilir.

Odur ki, yaxın zamanlarda qumarxanaya hansı qiymət veriləcəyi araşdırmalardan sonra bilinəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244 nöqtə 1-ci bəndinə əsasən, qumarxana təşkil etmə və saxlamaya görə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *