Bakıda yanğında ölən var
Bakıda ticarət və iaşə obyektində baş verən yağın insan itkisinə səbəb olub.
ANS PRESS-in məlumatına görə, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən iki mərtəbəli obyetin çayxana kimi fəaliyyət göstərən hissəsindən başlayan yanğın qısa zaman ərzində bütün obyekti bürüyüb. Yanğın yerinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissənin əməkdaşları gəlib.
Amma görülən tədbirlərə baxmayaraq alovun qarşısını almaq ərazidə olan yanğınsöndürənlərə müyəssər olmayıb. Bunu nəzərə alaraq, hadisə ilə bağlı 2-ci dərəcəli çağırış elan edilib və ərazidə qərargah yaradılaraq hadisə yerinə daha 5 yanğınsönrürən cəlb olunub.
Məlumata görə,hadisə vaxtı çayxananın işçisi 22 yaşlı Xanbabayev Şöhrət Əlövsət oğlu və digər bir nəfər içəridə olub.
Yanğınıdan canını qurtarmağa çalışan 22 yaşlı gənc qapının şüşəsini qıraraq bayıra çıxmaq istəyib. Bu zamanı şüşə qırığları onun ayaq damarlarını doğrayıb. Təcili tibbi yardımla xəsətəxanaya aparılan Şöhrət Xanbabayev qanitrmədən yolda dünyasını dəyişib.
Hadisə nəticəsində bir nəfər isə tüstüdən zəhərlənib. Ticarət obyektinin dam örtuyünün böyük hissəsi isə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində birinci mərtəbənin böyük hissəsi yanğından mühafizə edilib.
Mənbə:> ANSPRESS