Bakıda gecə klubunda tanınmış modeli döydülər
Bakıda gecə klubunda gənc qadına qarşı zorakılıq olub.
Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Şeydayeva Aynur Səhrab qızı Bibiheybət qəsəbəsində yerləşən “Energy” klubda tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.
Model kimi fəaliyyət göstərən 26 yaşlı qadın qeyd edib ki, avqustun 2-də gecə saat 03:30 radələrində klubda tanımadığı şəxs mübahisə zəmnində onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib. Müraciət əsasında araşdırma aparılır
Mənbə:> Lent.az