Azərbaycanda yaşayış binasında güclü partlayış oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycanda yaşayış binasında güclü partlayış oldu

Azərbaycanda yaşayış binasında güclü partlayış oldu


Bu gün günorta saatlarında Gəncə şəhərində güclü partlayış və yanğın olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində şəhərin yeni Gəncə qəsəbəsindəki 8 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 7-ci mərtəbəsində, Xalid Həsənova məxsus evdə güclü partlayış olub. Partlayışdan sonra yanğın başlayıb.

Hadisə zamanı otaqda təmir işləri aparan usta ağır yaralanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *