Hacı İbrahimin 240 min dollarlıq saatı oğurlandı
“Avesta Konserni” MMC-nin sahibi hacı İbrahim Nehrəmlinin 240 min dollarlıq saatı oğurlanıb.
AzNews.info “Report”-a istinadən xəbər verir ki, İ.Nehrəmli saatını avtomobilində qoyub, geri qayıdarkən onu yerində tapmayıb.
İş adamı faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin sonradan şikayətini geri götürüb.
İbrahim Nehrəmli “Report”a açıqlamasında “burda polislik bir iş yoxdur” deməklə cavab verib.
Mənbə:> Report.az