Dəhşətli Mərmərə zəlzələsindən 16 il ötür – FOTO
Bu gün Türkiyə Kocaeli vilayətinin Gölcük rayonunda baş vermiş dəhşətli zəlzələdən 16 il ötür.
ANS PRESS-in məlumatına görə, 1999-cu il avqustun 17-də saat 03.02-də baş vermiş 7.4 bal gücündə zəlzələnin təsirləri Mərmərə hövzəsi ilə yanaşı, Ankara və İzmir şəhərlərində də hiss edilmişdi.
Rəsmi hesabatlara görə, zəlzələ nəticəsində 17 480 nəfər ölmüş, 23 781 nəfər yaralanmış, 505 nəfər şikəst qalmış, 285 211 evlə 42 902 işyerində dağıntı meydana gəlmişdi.
Qeyri-rəsmi rəqəmlərə görə isə, zəlzələdə 50 000 nəfər ölmüş, 100 000 nəfər müxtəlif dərəcəli xəsarət almışdı. Bundan başqa 133 683 binanın uçması nəticəsində 600 000 nəfər evsiz qalmışdı.
Təxminən 16 milyon insana müxtəlif dərəcəli təsiri olan bu zəlzələ Türkiyənin yaxın tarixində baş vermiş ən dəhşətli hadisələrdən biridir.
Mənbə:> ANSPRESS