Türkiyədə “qara bazar ertəsi”
Türkiyənin Şırnak vilayətinin Silopi şəhərində içərisində 4 nəfərin olduğu zirehli polis avtomobili PKK terrorçularının qurduğu minaya düşüb. Partlayış nəticəsində polislər şəhid olublar, Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, bundan əvvəl həmin ərazidə polis məmuru Məhəmməd Onur Dəmir şəhid olub, Həmdi Ulaş, Kamuran Bilin və Hıdır Tamboğa öldürülüblər.
Zirehli avtomobildə Silopiyə hərəkət edən polislər məhz bu hadisəni araşdırmaq istəyirmişlər. Həkimlər mina partlayışı nəticəsində ağır xəsarət alan polislərin həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, bu, Türkiyədə sayca 4-cü terror aktıdır. Bundan əvvəl səhər saatlarında İstanbulda ABŞ konsulluğu atəşə tutulmuş, daha sonra PKK terrorçuları Şırnakda hərbi helikopteri atəşə tutmuşdular.
Artıq Türkiyə mətbuatı baş verən hadisələrlə əlaqədar bu günü “qara bazar ertəsi” adlandırıb.
Mənbə:> Oxu.Az