Türkiyədən yenə də qara xəbər: 2 şəhid » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

Türkiyədən yenə də qara xəbər: 2 şəhid – FOTO

Türkiyədən yenə də qara xəbər: 2 şəhid


Türkiyədə PKK terrorçularının törətdiyi növbbəti terror hadisəsinin qurbanı 2 polis əməkdaşı olub. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Adana vilayəti Pozantı rayonunun polis bölməsi PKK terrorçularının hücumuna məruz qalıb. Bir qrup terrorçunun hücumu ilə tərəflər arasında atışma baş verib. Atışma zamanı 2 polis əməkdaşı şəhid olub, 2 terrorçu isə məhv edilib. Hücumu törədən terrorçuların ələ keçirilməsi üçün bölgədə əməliyyatlar başlayıb.

Ötən gün isə Şırnak vilayətində 3 hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsi baş verib.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər.

Bundan sonra Türkiyə hökuməti PKK silahlılarına son xəbərdarlıq etmişdi.

Xəbərdarlıqdan sonra Türkiyə Hərbi Hava Donanması iyulun 25-də PKK silahlılarına havadan zərbələr endirmişdi.

Həmin gün səhərə yaxın isə Türkiyə Silahlı Qüvvələri quru hərəkatı edərək qaubisa topları ilə PKK hədəflərinə zərbələr endirmişdi.

Türkiyədən yenə də qara xəbər: 2 şəhid
Türkiyədən yenə də qara xəbər: 2 şəhid

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


That's a smart answer to a tricky qusioetn

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *