Hökumətdən PKK-ya son xəbərdarlıq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Hökumətdən PKK-ya son xəbərdarlıq

Hökumətdən PKK-ya son xəbərdarlıq


Ötən gecə Türkiyədə nazirlər kabinetinin fövqəladə iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasda müzakirə olunan əsas mövzulardan biri də “sülh prosesi” zəminində PKK-nın törətdiyi terror hadisələri olub. İclas zamanı terror hadisələri davam etdikcə “sülh prosesi”nin davam etməsinin mümkün olmayacağına, bu səbəbdən də PKK terror təşkilatına son dəfə xəbərdarlıq olunmasına qərar verilib.

“Seçkidən əvvəl PKK və HDP “sülh prosesi”ndən, atəşkəsdən öz lehinə istifadə etdi və təbliğatını bunun üzərində qurdu. Amma gəldiyimiz bu nöqtədə prosesin bu şərtlər altında davam etməsinin mümkün olmayacağı mərhələyə çatmışıq. Proses, ictimai asayişin pozulduğu bu şərtlərdə və bu metodla davam edə bilməz. Mülki vətəndaşlar qaçırılır, avtomobillər yandırılır, yol kəsilir, məhkəmələr qurulur, əsgər, polis şəhid edilir, su anbarlarına hücum edilir. Təşkilatın ölkəyə vurduğu ziyanın qarşısını almaq üçün yeni bir sistem hazırlanmalıdır.” – deyə iclasda bildirilib.

İclasda həm birbaşa, həm də bilavasitə PKK-ya silahları yerə qoyması üçün son xəbərdarlıq olunması istiqamətində fikir birliyi hasil olub. Buna görə PKK-ya, “Silahı yerə qoy, ictimai asayişi pozma. Sülh prosesi sizin terror aksiyalarınızı davam etdirməyiniz üçün deyil. Həm sülh prosesi deyib, həm də bunları eləmək olmaz” – mesajı veriləcək, əks təqdirdə asayişi bərpa eləmək üçün lazımlı bütün addımların atılacağı bildiriləcək.

Bu çərçivədə HDP-dən seçki öncəsi meydanlarda verdiyi vədlərin, demokratiya sözlərinin üstündə durması tələb olunacaq, partiyaya, “Parlamentdə 80 millətvəkili ilə təmsil olunursan. Millət vəkili sayının yüklədiyi məsuliyyət çərçivəsində demokratiyaya uyğun hərəkət et. Sülh və demokratiya fikrinə sahib çıx.” –mesajı veriləcək.

Bu çağırışdan sonra PKK-nın verəcəyi cavab gözlənəcək. Terror hadisələri bitməz, silah yerə qoyulmasa və PKK asayişi pozmağa davam edərsə sülh prosesi çərçivəsində aparılan müzakirələr başa çatacaq. HDP heyətinin İmralı adasına getməsinə, İmralının mesajlarının Kandil və ya ictimaiyyətə çatdırılmasına izn verilməyəcək.

Bu proses vətəndaşın həyatına müsbət təsir edəcək siyasətlə aparılacaq. Demokratiya mövzusunda planlaşdırılan hüquqi tənzimləmələr də həyata keçiriləcək.

Qeyd edək ki, Çankaya Köşkü'ndə baş tutan iclasda Əhməd Davudoğlu ilə yanaşı baş nazirin müavinləri Bülent Arınç, Yalçın Akdoğan, daxili işlər naziri Sabahattin Öztürk, milli təhlükəsizlik naziri Vecdi Könül, baş qərargah rəisi ordu generalı Necdet Özel, ikinci rəis ordu generalı Yaşar Güler, quru qoşunları komandiri ordu generalı Hulusi Akar, jandarm baş komandiri ordu generalı Abdullah Atay, baş nazirin müşaviri Kamal Madenoğlu, MİT müşaviri Hakan Fidan, Xarici İşlər nazirliyinin müşaviri Feridun Sinirlioğlu, baş nazirliyin baş müşaviri Hatem Ete, baş nazirlik xarici işlər müşaviri Kemal Ökem, baş polis idarəsinin rəisi Cəlaləddin Lekesiz iştirak edib.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə son dəfə xəbərdarlıq edəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *