Davudoğlu əsəbləşdi: Bəsdirin! » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Davudoğlu əsəbləşdi: Bəsdirin! – FOTO

Davudoğlu əsəbləşdi: Bəsdirin!


Türkiyənin baş naziri Əhməd Davudoğlu iki gün əvvəl Surucda baş vermiş terror hadisəsi ilə siyasi divident əldə etməyə çalışan HDP rəhbərliyinə əsəbləşib. ANS PRESS-in məlumatına görə, baş nazir HDP-nin ünvanına kəskin fikirlər səsləndirib. AKP-nin keçmişində terror olmadığını deyən Davudoğlu, “Siyasəti qanla çirklətdiyiniz yetər!” – deyə qeyd edib.

“Terror təşkilatı ilə əlaqələri ortada olduğu halda gənc bədənlər üzərində siyasi mənfəət əldə etməyə çalışanlara səslənirəm. Bəsdirin, siyasəti qanla çirkləndirməyin. AKP-nin keçmişində terror, silah, cinayət şəbəkələri ilə əməkdaşlıq yoxdur. Gedin millətin qarşısında hər cür silaha, terrora qarşı olduğunuzu elan edin, sonra başqalarına dərs verməyə çalışın.”

Türkiyə baş naziri heç bir şəkildə terrora qarşı güzəştlərinin olmadığını deyib.

“Bir şeyi uca millətimizə və bütün dünyaya təkrar elan edirəm. İŞİD və oxşar terror təşkilatları əsla hədəflərinə çata bilməyəcəklər. Türkiyə Cümhuriyyəti hökuməti olaraq indiyə qədər olduğu kimi bundan sonra da terrorla mübarizədə heçbir güzəştimiz olmayacaq.”

Bizim üçün terrorrun da, terrorçunun da yaxşısı yoxdur deyən Davudoğlu hər yerdə terror lənətinin qarşısında olacaqlarını deyib:

“2007-ci ildə Ulusda, 2008-ci ildə Güngörendə, 2013-cü ildə Reyhanlıda, 2015-ci ildə Diyarbəkirdə nə hiss etmişiksə, bu gün də eyni hissləri keçiririk. Biz əlində silah ilə, bomba ilə qətliam törədənlərə dünən terrorçu dediyimiz kimi, bu gün də terrorçu deyirik.

Baş nazir həm Şanlıurfada, həm də terror hücumunda şəhid olan əsgər Müsəllim Ünalın cənazəsində eyni mövqeyi nümayiş etdirdiyini deyib

“Allahdan şəhidimiz üçün rəhmət diləyir, vüqarlı duruşu ilə hər birimizin qibtə etdiyi ailəsinə başsağlığı verirəm. Bölgəmizdə baş verən böhran və xaosa baxmayaraq Türkiyənin istiqrarsızlığa sürüklənməsinə izn verməyəcəyik. Türkiyə olaraq bir çox dəfə bu cür təxribatlara məruz qaldıq və millətimizin sağlam düşüncəsi ilə çirkli planları boşa çıxardıq. Bu gün də birlik və bərabərliyimizlə asayişimizi və sabitliyimizi pozan bu təxribatın qarşısını alacağıq.”

Xatırladaq ki, iki gün əvvəl gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çoxinsan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.

Kamikadze hücumun İŞİD terror təşkilatının üzvü olan 18 yaşlı qız tərəfindən törədildiyi bildirilsə də bu istiqamətdə araşdırmalar davam edir.

Davudoğlu əsəbləşdi: Bəsdirin!

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *