Surucda partlayan bomba rus istehsalı çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Surucda partlayan bomba rus istehsalı çıxdı

Surucda partlayan bomba rus istehsalı çıxdı


Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda 32 nəfərin ölümünə səbəb olan bombanın rus istehsalı olduğu bildirilib. ANS PRESS-in məlumatına görə, hadisə yerində araşdırma aparan istintaq qrupu faktla bağlı ətraflı məlumatlar əldə ediblər. Hadisəni törədən kamikadzenin partlayışın baş verdiyi yerə gəldiyində bir neçə müşahidəçi tərəfindən nəzarətdə saxlanıldığını güman edən hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntülərini izləyərkən bu faktı diqqət mərkəzində saxlayırlar.

Kamera görüntülərinə görə, partlayışı törətdiyi güman olunan çadralı qadın və ya qadın kimi görünən kişi mədəniyyət mərkəzinə girir. Amma partlayışı törədənin bu şəxs olduğu hələlik dəqiqlik qazanmayıb. Əldə olunan məlumatlara görə, İŞİD üzvü olduğu güman olunan kamikadzeni müşahidə edənlər də olub. Həmçinin partlayışın baş verdiyi anda GSM qeydlərində bölgədə 27 aktiv danışıq müəyyən olunub. Həmin danışıqlar da tək-tək incələnəcək.

Kəşfiyyat mənbələrinə görə, danışan nömrələrdən ən azı biri müşahidəçilərdən birinə aid olmalıdır. İstifadə olunan partlayıcının isə rus istehsalı olan TNT olduğu bildirilir. İddianı araşdırmaq üçün Ankaradan bölgəyə yeni ekspert qrupu göndərilib.

Partlayışı İŞİD üzvü olan 18 yaşlı qızın törətdiyi bildirilsə də onun şəxsiyyəti rəsmi olaraq hələki açıqlanmayıb. Basqa bir versiyaya görə isə hadisəni qadın paltarı geyinmiş 20 yaşlı Adıyaman sakini Ədurrəhman Alagöz əlindəki bağlamanı partladaraq törədib.

Xatırladaq ki, iki gün əvvəl gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çoxinsan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *