Kim Çen In saatları 30 dəqiqə geri çəkəcək
Şimali Koreya hökuməti saatları 30 dəqiqə geri çəkəcəyini elan edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, KXDR hökuməti bunu “məkrli yapon militarizmi”nə qarşı addım adlandırıb.
Koreya Tokio vaxtı ilə XX əsrin əvvəlindən yaşayır, o zaman respublika yapon idarəçiliyi altında idi.
Saatlar avqustun 15-də, yapon qoşunlarının qovulmasının 70-ci ildönümündə geri çəkiləcək.
“Phenyan vaxtı”nın tətbiqi zamanı eyni meridianda olmalarına baxmayaraq Şimali və Cənubi Koreyanın müxtəlif saat qurşaqlarında yaşayacaq.
Mənbə:> Oxu.Az