Bakıda hava sərinləyəcək
Avqustun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.
Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-27, gündüz 33-37 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacaq.
Mənbə:> Oxu.Az