Sabah hava necə olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


İyunun 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, lakin axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

Abşeron çimərlikləri Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 23-24, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *