Avqustun ilk günü 42 dərəcə isti olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Avqustun ilk günü 42 dərəcə isti olacaq

Avqustun ilk günü 42 dərəcə isti olacaq

Avqustun 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycan rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *