Ayın son günü hava necə olacaq?
İyulun 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.
Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.
Mənbə:> Oxu.Az