Devid Bekham xərçəng xəstəsi olan fanatını sevindirdi – VİDEO+FOTO
Ulduz futbolçu Devid Bekham xərçəng xəstəliyindən əziyyət çəkən fanatının həyatına rəng qatıb.
AzNews.info xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu son illər yeganə arzusu Devid Bekhamla görüşmək olan fanatının qonağı olub.
Xərçəng xəstəliyindən əziyyət çəkən Endi Mossun həyat yoldaşı ilə birgə çəkib YouTube-a yerləşdirdikləri videoya təsadüfən ulduz futbolçu özü də şəxsən baxıb. Qeyd edək ki, bu videoda onlar Devid Bekhamla görüşmək istədiklərini bildirmişdilər.
"Mənim həyat yoldaşım Endini tanımayanlar üçün deyim ki, o 4.cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir. Devid Bekhama müraciət videosu yazaraq yoldaşımın sonuncu arzusunuyerinə yetirməyi - bizə qonaq gəlməyini xahiş etmişdik. Biz Viktoriya və Bruklin Bekham da daxil olmaqla Devid Bekhamın gözəl ailəsi ilə görüşdük. Onlar bizə öz yaxınları kimi davranırdılar. Onlar bizi öz evlərinə qonaq çağırdılar və hətta bütün yol xərclərini də öz üzərlərinə götürdülər. Mən bu hadisəni ömrüm boyu unutmayacam. Hələ də sevincdən əsirəm. Bekhamlar möhtəşəm insanlardır" -deyə Endinin həyat yoldaşı Leyla öz instagram səhifəsində yazıb.
Mənbə:> AzNews.info