50 il ərzində Ermənistan əhalisi milyon nəfər azalacaq
BMT “Dünya əhalisinin perspektivləri-2015” adlı illik mühazirəsini dərc edib, mühazirədə Yer kürəsinin 2100-cü ilə qədər demoqrafiyası təsvir edilib.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə “Ayots aşxar” qəzeti yazıb.
“Məruzədə Ermənistanda demoqrafik vəziyyət bölməsində 2015-ci ildə Ermənistanın əhalisinin 3 milyon 18 min nəfər, 2030-cu ildə 2 milyon 993 min nəfər, 2050-ci ildə 2 milyon 729 min nəfər, 2100-cü ildə isə 1 milyon 739 min nəfər olacağı göstərilib. Deməli, Ermənistanın əhalisi 50 il ərzində 1 milyon nəfər azalacaq.
Mühazirəyə müvafiq olaraq 2100-cü ildə Yer kürəsinin əhalisi 11,213 milyard nəfər olacaq. Əhalisinin artımı 9 ölkədə - Hindistan, Nigeriya, Pakistan, Konqo, Efiopiya, ABŞ, İndoneziya, Uqanda və Tanzaniyada müşahidə ediləcək”, - “Ayots aşxar” yazıb.
Mənbə:> Oxu.Az