Qətldə təqsirləndirilən xaçmazlı ana ilə oğula hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Qətldə təqsirləndirilən xaçmazlı ana ilə oğula hökm oxundu – FOTO

Qətldə təqsirləndirilən xaçmazlı ana ilə oğula hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakinləri Şamama Seyidova (1976-cı il təv.) və oğlu Əmir Seyidovun (1997-ci il təv.) CM-nin 120.2.1 (qəsdən adam öldürmə, bir qrup şəxs tərəfindən törədildikdə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, Xaçmaz RPŞ və prokurorluq əməkdaşlarının birgə istintaq-əməliyyat tədbirləri nəticəsində bu ilin yanvar ayında törədilən qətl hadisəsinin üstü martın 26-da açılıb. Araşdırma zamanı qardaşının polis şöbəsinə etdiyi müraciətə əsasən itkin düşən Bünyad Seyidovun (1970-ci il təv.) həyat yoldaşı Şamama Seyidova və Əmir Seyidov tərəfindən qətlə yetirilməsi və sonra xalçaya bükülərək həyətdə yerləşən ayaqyolunun quyusuna atılması məlum olub.

Dindirmə zamanı Əmir qətli törətdiyini boynuna alsa da, Şamama Seyidova ilkin olaraq ərinin ölümündən xəbərsiz olduğunu bildirib. O, hadisə baş verən vaxt qonşuda çörək bişirdiyini deyib və yalnız evə gələrkən oğlunun yoldaşını evə doğru apardığını görüb. Nə baş verdiyini soruşduqda Əmir əlində olan tüfəngdən ehtiyatsızlıqdan atəş açıldığını və sonuncunun qanitirmədən öldüyünü deyib. Şamama oğlunun həbs olunacağından qorxduğu üçün ərinin meyitini gizlətməyi təklif edib. Cinayəti təsadüfən törətdiyini deyən Əmir Seyidov qeyd edib ki, atası hər gün içkili vəziyyətdə evə gəlib, onunla anasını təhqir edib və onlara əl qaldırıb.

Həmin gün də onunla atası arasında bu zəmində münaqişə yaranıb və o, əsəbləşdiyi üçün təklülə tüfəngi əlinə alaraq, Bünyad Seyidovu qorxutmaq istəyib və bu an atəş açılıb. Qeyd edək ki, Şamama Seyidova qətli gizlətmək məqsədi ilə rayonda məlumat yayıb ki, guya əri işləmək üçün Rusiyaya gedib.

Məhkəmə prosesində Şamama Seyidova törədilən cinayətdən peşman olmadığını, Bünyadın onu qısqandığını və yüngül xasiyyətli qadın olduğunu düşünməsinin evlərində daim dava-dalaşa yol açdığını bildirib.

“Hər dəfə sərxoş gələndə bu əsassız söhbətlərə görə məni döyürdü. Günümü qara eləmişdi. Bezdim və onu öldürməyə qərar verdim, heç olmasa həbsxanada rahat yaşayaram. Orada məni döyən olmaz”.

Məhkəmənin hökmü ilə Şamama Seyidova 15, Əmir Seyidov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Qətldə təqsirləndirilən xaçmazlı ana ilə oğula hökm oxundu
Qətldə təqsirləndirilən xaçmazlı ana ilə oğula hökm oxundu
Qətldə təqsirləndirilən xaçmazlı ana ilə oğula hökm oxundu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *