İranda cəhənnəm istiləri: 68 ºC
İranın cənubunda dəhşətli istilər hökm sürür.
Oxu.Az xəbər verir ki, Məhşəhr şəhərində havanın temperaturu 67,8 dərəcə istiyədək qalxıb.
İran höküməti istilərlə əlaqədar yerli sakinlərə növbədənkənar istirahət verib.
The Washington Post qəzeti metereoloq Kristifer Bertə istinadən yazır ki, Yer kürəsində havanın ən yüksək temperaturu — 71 dərəcə isti — 2003-cü ildə Səudiyyə Ərəbistanında qeydə alınıb.
Mənbə:> Oxu.Az