Dama-dama şortikdə görmüşəm səni » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dəb, Köşə

Dama-dama şortikdə görmüşəm səni

Dama-dama şortikdə görmüşəm səni


Gənc bloqqer İlham Əli Yusif son zamanlar ölkəmizdə aktual mövzuya çevrilmiş "şortik məsələsinə" toxunub.

AzNews.info oxucularına İlham Əli Yusifin köşə yazısını olduğu kimi təqdim edir:


Bu yazıya başlamaq olardı ki, şortiki ilk dəfə Amerikada geyiblər, sonra Magellan onu Avropaya gətirib. Amma bloqda nağıl yazmadığımdan Avropadan da şortiki Azərbaycana bir balıqçının gətirdiyini yazmayacağam. Zarafat bir qırağa fiziki olaraq şortiki Azərbaycana bu kişi gətirməsə də, şortik geyənlərin sayının artmasında onun əvəzsiz rolu olacaq. Zarafat deyil ömründə şortik görməyən adam da gedib alacaq ki, görəsən bu necə şeydir?

Qəzetdə nə yazırlar?

Səhər tezdən gəlib Facebook-da Kontakt Home-un reklamını gördüm. Nə gizlədim bəyəndim də, paylaşdım da. Biraz sonra görürəm ki, əməlli başlı bu məsələyə müzakirəyə çıxıbdır. Fikirləşdim ki, ilk baxışdan sevgiyə inanıram prinsipi ilə bu ideyaya vurulmağım ilə bağlı bir bloq yazaram, gördüm ki, məni artıq qabaqlayanlar da oldu. Samir bəy və Namiq bəy lazımi fikirləri yazdılar. Mənə qalan da məsələyə bir balaca zarafatla yanaşmaq olacaq.

BEGOC-a düşünülmüş kampaniya?

Baku 2015 Əməliyyat Komitəsində çalışan bütün əməkdaşlara və bütün könüllülərə verilən şalvarlar sehirli idi. Belə ki, dizdən yuxarı hissəsində ‘zamok’ gizləşdilmişdi. Əgər bundan xəbərin olardısa şalvarını şortikə çevirmək olardı. Mənim sözün açığı bundan xəbərim olmayıb, 1 ay şalvarda gəzmişəm. İndi ki mənim bu kəşfimdən sonra digər xəbərləri olanlar da üzlərini bu mağazaya tutub endirimlərdən yararlana bilərlər. Mənə hətta elə gəlir ki, bu kampaniya oyunlarda əziyyətlə işləyənlərə bir lütfdür.

Həqiqətən bekarıq

Dünən gecə Qarabağın oyununu audio yazısına canlı qulaq asırdım. Sağ tərəfdəki çatda daha nələr yazılmırdı. Səviyyəsiz lağlağalar və küçə söyüşləri ilə dolu çat. İş o yerə çatmışdı ki, danışanı da söyürdülər. Həvəs və vaxt yoxdur ki, hazırda bu şirkətin Facebook-da paylaşdığı fotonun altındakı 841 şərhi oxuyum. Amma təcrübədən duyuram ki, yenə insanlar iki qrupa bölünüb. Şortik geyməkdə ayıb nə var deyənlər, bu gün şortik geyinən sabah epilyasiya edəcək deyənlər. Facebook və sosial medianın ən böyük bəlası da özünü ifadə adı ilə insanları belə mənasız müzakirələrə cəlb etməsidir.

Dama-dama şortikdə görmüşəm səni

Bu ki lap əsl virusdur

Adətən hekayələr sonradan formalaşır. Ola bilsin, Kontakt Home da artıq hekayəni qurub ki, biz bunun viral marketinq olacağını bilirdik, hər detalı nəzərə almışdıq. Təki elə olsun. Amma əsas olan odur ki, vaxtında olan bu addım 19 saat ərzində 773 dəfə paylaşılıb. Narxanım moddan düşdü, Yavər. Xeyirli olsun. Bilən varmı, Music Gallery-in ‘get haradan bizdən ucuz tapırsan al gətir üzümüzə vur’ kampaniyası qüvvədədirmi? Qüvvədə deyilsə onlar da havanın temperaturuna uyğun endirim təklif edə bilərlər. Bu gün rahatca 41 % endirim təklif etmək olar. Onda bilirsiniz nə qədər adam çıxıb deyəcək ki, siz hava ilə ayrıseçkilik edirsiniz. Soyuq havaya niyə hörmət etmirsiniz, ay özünə ağıllı deyib müasir düşüncəli olub başqasını bəyənməyənlər.

Əşi, kaş dərdimiz elə şortik dərdi olsun. Görüm tapsam Magellanın şortik ilə şəkilini də Facebook-da qoyacağam.

Mənbə: AzNews.info - İlham Əli Yusif
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *