Şeyxin qardaşı: Kişilik şortiklə ölçülmür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Şeyxin qardaşı: Kişilik şortiklə ölçülmür

Şeyxin qardaşı: Kişilik şortiklə ölçülmür


“Kişinin şortik geyinməsində ayıb nə var ki? Hava isti olduğundan gənclər şortik geyinirlər. Bunda qəbahətli heç nə yoxdur”.

Oxu.Az xəbər verir ki, bunu azvision.az-a QMİ sədri Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin şortik geyinən kişilərlə bağlı fikrini şərh edərkən deyib.

Deputat hesab edir ki, geyim seçmək sərbəstliyi hər bir insanın normal hüququdur.

“Mən Hafiz Hacıyevin fikri ilə razılaşmaram.Burada nə var ki, yaydır, hava istidir, istirahət edən gənclər şortik geyinirlər. Şortik də geyinə bilərlər, şalvar da. Təbii ki, hər şeyin yeri olmalıdır. Belə təkliflər etmək, insanları aqressivləşdirmək lazım deyil. Hərənin öz fikri var. Şortik geyinmək və geyinməməklə kişilik ölçülmür.

Ola bilər ki, şalvar geyinsin bir insan, ancaq onun beynində, düşüncəsində əxlaqi problemi olsun, pis fikirlər dolaşsın. Elə də insan var ki, şortik geyinə bilər, ancaq açıq fikirli, açıq sözlü ola bilər. Belə şeyləri heç müzakirə də etmək lazım deyil”,- deyə C. Paşazadə deyib.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Oxu.Az-a açıqlamasında Novxanıda şortik qadağası ilə bağlı xəbəri şərh edərkən bildirib ki, şortik geyinən kişiləri insanlar fitə basmalıdırlar. Partiya sədri hesab edir ki, şortik geyinən kişiləri saxlayıb lağa qoyub, qılçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *