Novxanıda vətəndaşlara "şortik" qadağası qoyuldu – BİABIRÇILIQ
Bakının Novxanı kəndində yerləşən istirahət mərkəzlərində hər kəsi təəcübləndirən addım atılıb.
AzNews.info Azxeber.com-a istinadən xəbər verir ki, Novxanıda yerləşən "Amore" və "Kalyon" kimi məşhur istirahət mərkəzlərində "şortik" qadağası qoyulub.
Belə ki, istirahət mərkəzlərinə "şortik"lə gələn qonaqlar içəri buraxılmır. Bu haqda portalımıza oxucumuz Elnur Məmmədov məlumat verib.
Onun dediyinə görə, dənizkənarında belə bir qadağa çox gülüncdür: "Mən həftəsonu xarici turistlərlə qutab yemək və onlara milli mətbəximizi tanıtmaq məqsədi ilə Novxanıya getdim. Ancaq "Amore" və "Kanyon" restoranları turistləri içəri buraxmadı, buna səbəb kimi də qonaqların "şortik" geyinməsi göstərildi. Bu addım turistləri şoka saldı, onlar dedi ki, bu cür halla həyatlarında ilk dəfədir ki, qarşılaşırlar. Mən də qonaqlara veriləcək tutarlı cavab tapmadım, çox utandım".
Şikayətçi həmçinin onu da vurğulayıb ki, problemlə bağlı müvafiq orqanlara müraciət edəcək.
Mənbə:> Azxeber.com