İtən “Vətən”in sahibi bəlli oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İtən “Vətən”in sahibi bəlli oldu

İtən “Vətən”in sahibi bəlli oldu


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Yaxt Klub rəhbərliyi ərazisindən katerin oğurlanması ilə bağlı xəbərə münasibət bildirib.

AzNews.info xəbər verir ki, Yaxt Klubun mətbuat xidmətinin rəhbəri Əhməd Əsgərov Lent.az-a bildirib ki, oğurlandığı iddia edilən 65 metrlik gəminin sahibi əslində QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur:

“Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını sizə təqdim edəcəyik. Yaxt Klubdakı dayanacağa gəlincə, ora pullu və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur”.

Ə.Əsgərov oğurlandığı bildirilən gəminin hazırda harada saxlanması ilə bağlı məlumat verə bilməyəcəyini deyib.

Qeyd edək ki, qalmaqallı gəminin adı “Vətən”dir.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *