Ermənilər Samsung-u Qarabağa cəlb edə bilmədilər
Məşhur Samsung şirkəti Ermənistandan getmək qərarına gəlib.
Oxu.Az “Aravot” erməni saytına istinadən xəbər verir ki, Samsung-un Ermənistanda rəsmi nümayəndəliyinin rəhbəri Andranik Şahbazyan şirkətin Ermənistandan getməsinin səbəbini açıqlayıb.
“2014-cü ilin sonuna qədər hər şey yaxşı idi, Samsung-un rəhbərliyi müstəqil Qafqaz şöbəsini yaratmaq qərarı qəbul etdi, bu şöbə öz növbəsində MDB-də nümayəndəliyin tərkib hissəsi olmalı idi. Qafqaz şöbəsinin Bakıda olacağı qərara alınıb”.
“Aravot”un erməni nümayəndəliyinin haqları pozulması barədə suala cavab verən Şahbazyan bildirib:
“Bir hadisə danışım. Biz Samsung ilə əməkdaşlıq edən və onun məmulatlarını satan bir şirkətə “Stepanakertdə” (Xankəndi – red.) mağazanın təchizatına yardım etdik. Samsung-un milliyyətcə koreyalı olan nümayəndəsi gəldi, onu Qarabağa apardıq. O, öz razılığını verdi, açılış oldu, layihə baş tutdu.
Nümayəndəliyin Azərbaycana köçürülməsi prosesi başladıqda Bakı ofisinin rəhbəri bəyan etdi ki, Samsung lövhəsini mağazanın üstündən çıxarmaq lazımdır, belə ki, Azərbaycan KİV-də şirkətin Azərbaycanın işğal edilmiş torpaqlarında rəsmi nümayəndəliyinin olması barədə məqalələr çıxdı.
Mən bunu etməyə hazırlaşmadığımı cavab verdim. Bu, mənim təşəbbüsümlə baş verməyib, mən xəbərdarlıqsız heç bir şey etməmişəm, bu razılığı alınmış layihə idi. Bu, mənim mənəvi prinsiplərimə, ümumiyyətlə, biznes prinsiplərinə ziddir.
Baş verənlər Bakı ofisinin rəhbərlərinin koreyalılar olmasına baxmayaraq, hər halda iki koreyalının 50 azərbaycanlı əməkdaşının lobinqinə uymamasının mümkün olmadığını göstərdi”.
Mənbə:> Oxu.Az