"Apple" və "Samsung" davası qanla bitdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

"Apple" və "Samsung" davası qanla bitdi

"Apple" və "Samsung" davası qanla bitdi


"Apple" və "Samsung" arasındakı rəqabət hər kəsə məlumdur. Ağıllı telefon bazarının zirvəsində yer alan bu iki şirkət bir çox sahədə bir-birləriylə rəqabət edir.

Ancaq təkcə şirkətlər deyil, onların məhsullarından istifadə edən insanlar arasında da mübahisələr baş verir. Belə hadisələrdən biri ABŞ-ın Oklahoma ştatında baş verib.

Tulsa bölgəsində yaşayan iki adam, "iPhone 6" və "Galaxy S6"dan hansının daha yaxşı olduğuna cavab tapa bilmək üçün mübahisə ediblər.

Sonda mübahisə edən şəxslərdən biri digərinin başına butulka ilə vurub. Yaralanan şəxs isə bu hərəkətə adekvat cavab verib. İki nəfər arasındakı mübahisə sonda qanlı bitib. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Polis bildirib ki, mübahisə edən şəxslər içkili olub və bu səbəbdən dalaşıblar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *