Doğuş: Qarabağ uğrunda döyüşməyə hazıram – FOTO
“Azərbaycan dilini öyrənməyim üçün həyat yoldaşım mənimlə bu dildə danışır".
ANS PRESS-in məlumatına görə, bunu ANS TV-nin efirində yayımlanan “Günə Baxan” verlişinin qonağı olan məhşur türk müğənnisi Doğuş deyib.
Müğənni “Azərbaycan aşiqi" olduğunu və buranı çox sevdiyini bir daha qeyd edib.
Müğənninin sözlərinə görə, iki ölkənin prezidentlərinin bir-birinə qardaş münasibətindədir. Doğuş efirdə Çanaqqala şəhidlərini də anıb. İfaçı Qarabağı da unutmayıb. "Qarabağ mütləq geri almalıyız. İlk konseri mən verməliyəm. Bu yolda hamı ilə bərabər döyüşməyə hazıram".
Verlişin digər qonağı, Doğuşun həyat yoldaşı tanaınmış azərbaycanalı aparıcı Xoşqədəm Baxşəliyeva da bir gün döyüş başlasa hamıdan öncə müharibəyə gedəcəyini bildirib.
Mənbə:> ANSPRESS