Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri tar çaldı və erməni təcavüzündən danışdı – VİDEO
Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması mədəni irsimizin ermənilər tərəfindən məhv edilməsinə qarşı kampaniyaya başlayıb.
Virtualaz.org bildirir ki, İcma bununla bağlı video-çarx hazırlayıb.
Video-çarxda İcmanın rəhbəri Tural Gəncəliyev tarda “Bayatı-Şiraz” muğamını ifa edib. O, həmçinin ingilis dilində tarla bağlı məlumatlar verib, bu musiqi alətini təbliğ edib və erməni təcavüzündən danışıb.
Mənbə:> Virtualaz.org