ATƏT sədri: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkilinə çalışacağıq
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Bakı şəhəri Ramanı qəsəbəsi Şuşa şəhərciyində yerləşən N.Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində şuşalı məcburi köçkünlərlə keçirilən görüşdə icmalar arasında görüşün keçirilməsi təşəbbüsü ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, millət vəkili Rövşən Rzayev çıxış edib.
F.V.Ştaynmayer deyib ki, bu təşəbbüsə erməni tərəfinin münasibəti öyrəniləcək:
“Biz icmalar arasında belə görüşün keçirilməsinə çalışacağıq”.
Mənbə:> Oxu.Az