Xocalı qətliamının 24. illiyinə həsr edilmiş videoçarx təqdim olundu » AzNews.info -Xəbər portalı

Xocalı qətliamının 24. illiyinə həsr edilmiş videoçarx təqdim olundu – VİDEO

Xocalı qətliamının 24. illiyinə həsr edilmiş videoçarx təqdim olundu


Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bir qrup azərbaycanlı gənc maraqlı və təsirli video-çarx hazırlayıb.

AzNews.info-nun məlumatına görə, yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, dözülməz işgəncələrə məruz qalması və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edilməsi ilə XX əsrin ən böyük faciəsi kimi tarixə yazılan Xocalı soyqırımını gənclər Xocalının adından fərqli formada təqdim edilib.

"Mən Xocalıyam" adlı həmin layihə Javad Salmanli’s photoblog, Grow Center və Xocalı Soyqırımı / Khojaly Genocide səhifələrinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilib və Xocalı Soyqırımının 24-cü anım ili üçün hazırlanıb. Bu barədə layihənin rəhbəri Cavad Salmanlı məlumat verib.

Onun sözlərinə görə, bu layihə Xocalının harayını, onun ağrısını və ona qarşı edilən zülmləri özündə əks etdirərək gənclərin dilindən çıxış edir.

Video-çarxın ssenarisi, eyni zamanda digər yaradıcı hissəsi layihə rəhbərinə, çəkiliş isə Xəzər Həmzəyeva məxsusdur.


Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *