ABŞ-ın 50-ci ştatı da Xocalı qətliamını tanıdı » AzNews.info -Xəbər portalı

ABŞ-ın 50-ci ştatı da Xocalı qətliamını tanıdı – FOTO

ABŞ-ın 50-ci ştatı da Xocalı qətliamını tanıdı


ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Oxu.Az-a verilən məlumata görə, Baş Konsulluğa daxil olmuş bəyannamədə, qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək, amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır.

Sənəddə qeyd olunur ki, 1992-ci ilin 25-26 fevral tarixində baş vermiş Xocalı qətliamı zamanı 600 nəfərdən çox mülki insan qətlə yetirilib. Qubernator bildirib ki, oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etmək vacibdir.

Bəyannamənin sonunda qubernator D.İqe arzu edir ki, tarix bir daha belə bir faciənin şahidi olmasın.

Qeyd edək ki, bu bəyannamə ilə ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb.

ABŞ-ın 50-ci ştatı da Xocalı qətliamını tanıdı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *