Ermənilər “Qarabağ”ı almaq istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial, Futbol

Ermənilər “Qarabağ”ı almaq istəyir

Ermənilər “Qarabağ”ı almaq istəyir


Moskvada yaşayan azərbaycanlıların yaratdığı və həvəskar liqada çıxış edən “Qarabağ Moskva” futzal klubunu ermənilər almaq istəyir.

AzNews.info virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda haber61.net adlı türk portalı məlumat yayıb. Klub son zamanlar maddi baxımdan ciddi sıxıntılarla üzləşib və ermənilər futzal çempionatında bir sıra uğurlar qazanan klubun onlara satılması üçün oyunçulara, habelə klub rəhbərliyinə təzyiq edirlər.

Xəbərdə deyilir ki, maddi sıxıntılar üzündən klubun oyunçuları səfər oyunlarına öz hesablarına gedirlər. Klubun oyunçusu və eyni zamanda məşqçisi olan Elnur Vəliyev deyir ki, ermənilərin Moskvadakı “Artsax” futzal komandası klubu almaq istəyir.

“Lakin oyunçularımız bu təklifi qəti rədd edirlər. Əgər bizə maddi dəstək verən olsaydı, Azərbaycan bayrağını böyük liqada dalğalandıra bilərdik. Azərbaycandan fərqli olaraq ermənilərin bu kluba maraq göstərməsi bizi məyus edir”, - o deyib.

E.Vəliyev kluba dəstək vermək istəyənlərin olmadığını, Azərbaycanla yanaşı türklərdən də dəstək gözlədilklərini deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *