Hərbçilərimiz Almaniyaya getdilər
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iyulun 13-dən 17-dək Oberamerqau şəhərində (Almaniya) “Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər” kursu və iyulun 13-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) “Açıq dəniz təlimi” keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
Mənbə:> Oxu.Az