Keşik çəkən əsgərə atəş açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Kriminal

Keşik çəkən əsgərə atəş açıldı

Keşik çəkən əsgərə atəş açıldı


Türkiyə Kocaeli vilayətinin Gebze rayonunda olan qadın həbsxanasında keşik çəkən əsgərə naməulm şəxslər odlu siladan atəş açıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 23.15-də (Bakı vaxtıyla 01.15) baş verib.

Yoldan keçən avtomobildə olan şəxs və şəxslər nəzarətçi əsgərlərin olduğu keşikçi qülləsinə 6 dəfə atəş açıb.

Hadisə zamanı qüllədə əsgərlər olsa da xöşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisənin baş verdiyi yerə çox sayda polis, jandarm və hüquq-mühafizə orqanları cəlb olunub.

Qara rəngli olduğu bildirilən avtomobilin əlamətləri rediostansiya ilə anons edilərək axtarışa başlanılıb.

Avtomobilin keçdiyi yoldan isə 13 ədəd boş güllə gilizi aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *