Qatil ermənilər axtarışa verildi
Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Polis İdarəsi bu il martın 4-də İrəvanın Nubaraşen rayonunda törədilən ağır qətl hadisəsi ilə bağlı araşdırmasını davam etdirir.
ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu məqsədlə həyata keçirilən birgə operativ-axtarış tədbirləri nəticəsində qətli törədənlərin kimliyi məlum olub. Onlar 1986-cı ildə doğulan "Sql" ləqəbli Sarkis Qriqoryan, 1984 təvəllüdlü "Tle" ləqəbli Sarkis Artünyan və "Qastik" ləqəbli 31 yaşlı Vaan Akopyandır. Bu şəxslər ölkənin Cinayət Məcəlləsinin müxtəlif maddələri - qətl hadisəsi törətmə, qanunsuz silah saxlama və satma ilə ittiham edilirlər.
Polis cinayətkar qrupun üzvlərini beynəlxalq axtarışa verib.
Xatırladaq ki, bu il martın 4-də İrəvanın Nubaraşen rayonunda atışma olub. Bir neçə şəxs “Nubaraşen” cəzaçəkmə müəssisəsinin qarşısında avtomatdan atəş açıb. Biri hadisə yerində, ikisi xəstəxanada olmaqla 3 nəfər ölüb. Ölənlərdən birinin “Levik” ləqəbli avtoritet olduğu məlum olub. İkinci şəxsin adı isə Dero olub.
Mənbə:> ANSPRESS