İŞİD-in erməni kilsəsinə hücumu – FOTO
İŞİD bu həftə Suriyada iki kilsəni dağıdıb.
ANS PRESS-in məlumatına görə, bunlar Tel-Tal kəndində yerləşən Mar Odişo aysor kilsəsi və Hələb şəhərindəki Qırx Məsum erməni kilsəsidir.
XV əsrdə tikilmiş erməni kilsəsi partladılıb. O, şəhərin pravoslav erməni icmasının mərkəzidir.
Aprel ayı İŞİD-in xirstianlara qarşı kütləvi hücumu ilə yadda qalıb. Aprelin 19-da İŞİD-in Liviyada həbəş xristianları edam etməsi barədə xəbər yayılıb. Həmçinin katolik Pasxa bayramı zamanı Suriyanın El-Haseke əyalətində kilsə partladılıb.
Yayılan məlumatlara görə, İŞİD islamı qəbul etməyən xirstian ailələrin hər bir üzvünə görə ayda 250 dollar cizyə (xüsusi vergi) alır. Bunu verə bilməyənlərə isə ərazini tərk etmək əmr edilir.
Mənbə:> ANSPRESS