Mobil telefondan istifadəyə icazə verildi
Türk əsgərlərinə bundan sonra mobil telefonlardan istifadəyə icazə verildi.
ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi internet saytına yerləşdirilmiş bəyanatda belə deyilir.
Əsgərlər TSK (Türkiyə Silahlı Qüvvələri) tərəfindən təsdiq olunan mobil nömrələrlə müəyyən şərtlər və vaxtlarda danışa biləcəklər.
Sayta yerləşdirilən bəyanatda deyilir: "Türk Silahlı Qüvvələrinə əmanət edilmiş Vətən övladlarının ailələri ilə ünsiyyətini inkişaf etdirmək, mənəvi və motivasiyası yüksəltmək məqsədiylə onlara mobil telefondan istifadə edilməsi istiqamətində aparılan işlər sona çatdı".
Mənbə:> ANSPRESS