Türkiyə Şimali Kiprdə hərbi-dəniz bazası yaratmaq istəyir
Türkiyədə Şimali Kipr ərazisində hərbi-dəniz bazasının yaradılması məsələsi müzakirə olunur.
Trend-in məlumatına görə, bu məsələ Aralıq dənizində Yunanıstanla Türkiyə arasında gərginlik fonunda ortaya çıxıb.
Şimali Kiprdə hərbi-dəniz bazası 2019-cu ilin əvvəlində yaradıla bilər.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zərurət yaranacağı halda ölkəsinin Şimali Kiprdə hərbi-dəniz bazasının yarada biləcəyini demişdi.
Mənbə:> Trend