ABŞ YPG üçün 300 maşın silah-sursat göndərdi
ABŞ Suriyada YPG-yə dəstək verməkdə davam edir.
Türkiyə mətbuatı bildirir ki, Suriyanın şimalında İŞİD-lə mübarizə üçün əsasını YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) 300 TIR silah və zirehli texnika göndərilib.
Məlumata görə, yardım karvanının böyük bir hissəsi əməliyyatların davam etdiyi Dey Əz-Zora gedib.
Qeyd edək ki, Türkiyə tərəfi bu yardımların kəsilməsini tələb edir. Bu səbəbdən ağır silahların da yer aldığı hərbi yardım gizli şəkildə reallaşdırılıb.
Onu da qeyd edək ki, ABŞ bu günədək yardım məqsədilə YPG-yə 6 min 700 TIR silah və zirehli texnika göndərib.
Mənbə:> Virtualaz.org