Estoniyada raketi “itiriblər” » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Dünya

Estoniyada raketi “itiriblər”

Estoniyada raketi “itiriblər”


Estoniyada İspaniya qırıcısının səhvən buraxdığı raketin axtarışları nəticəsiz qalıb.

Oxu.Az xəbər verir ki, raketin nəinki özünü, hətta kiçik detallarını belə aşkarlamaq mümkün olmayıb.

Bu barədə bəyanatı Estoniya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Çərşənbə axşamı İspaniya HHQ-ə məxsus qırıcının buraxdığı “hava-hava” tipli raket 80 kilometr məsafəni qət edərək Endla təbiət qoruğu yaxınlığında bataqlıq əraziyə düşüb (belə ehtimal olunur).

Hərbçilər metal detektorlarla 600 kvadrat metr ərazini, bundan sonra isə 200 hektarı da vizual yoxlayıblar. Axtarışlar 6 metr dərinliyə qədər davam edib. Amma müsbət nəticə əldə olunmayıb.

Artıq axtarışların təyyarələr və helikopterlər vasitəsi ilə davam etdiriləcəyi gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *